16-03-2016 [14:14]
Rusiya kosmik-hava qüvvələrinin (KHQ) Suriyadan tələsik çıxarılması xüsusən də Rusiyanın "uğurlu” bombaradmanları haqda xəbərlər fonunda tamamilə məntiqsiz görünür. Rusiya aviasiyasının Suriyanı tərk etməyinin siyasi səbəbləri yoxdur.
Müstəqil aviaekspert Vadim Lukaşeviç "Rosbalt”a bildirib: "Tam şəkildə aydın oldu ki, Rusiya qoşunları Suriyaya İŞİD-lə mübarizə üçün deyil, prezident Bəşər Əsədi xilas etmək üçün atılmışdı. Rusiya aviasiyası sentyabrın 30-da zərbə endirməyə başladı – həmin vaxt Əsədin düşmənləri prezident sarayının 8 km-liyində idi. Əsədin mövqeyi bu gün bir qədər möhkəmlənib. Döyüşən tərəflər İŞİD-in qoşulmadığı barışıq əldə edib. Sanki bütünlüklə terrorçuların mövqelərinin bombalanmasına cəmlənmək olardı, lakin əvəzində Rusiya təyyarələri qəflətən Yaxın Şərq ölkəsini tərk etdi".
Lukaşeviçin sözlərinə görə, Rusiya KHQ-nin Suriyadakı uğuru olduqca nisbi anlayışdır. Rusiya qoşunlarının öldürdüyü terrorçuların təxmini sayı 2 min nəfərdir. Halbuki 9 min döyüş uçuşu keçirilib. Lukaşeviç hesab edir: "Bu, son dərəcə aşağı döyüş effektindən xəbər verir. 4-5 uçuşa bir öldürülmüş terrorçu düşür. Burada, sadəcə, əl yelləmək olar. Yəni Qərb koalisiyası da bir neçə il ərzində terrorçulara heç nə edə bilmədi və bizdə də heç nə alınmadı. İŞİD, təxminən, Rusiya qoşunları girməzdən əvvəlki vəziyyətdə varlığını sürdürür. Əgər Suriyaya terrorizmlə mübarizə naminə girmişdiksə, onda bu vəzifəni yerinə yetirmədik”.
Ekspert həmçinin qeyd edir ki, Rusiya qoşunlarının Suriyadan getməyinin daha bir "konspiroloji” versiyası var. İstisna olunmur ki, Səudiyyə Ərəbistanı Bəşər Əsəd rejiminə qarşı vuruşan Azad Suriya Ordusu üsyançılarına, nəhayət, səyyar zenit-raket kompleksləri verib. Suriyanın iki gün əvvəl vurulmuş Miq-21 təyyarəsi üsyançılarda bu silahın olduğunu dolayısı ilə təsdiq edir. Üsyançılar bunu Rusiyanın müasir Su-34 təyyarəsi hesab edirlər.
Lukaşeviç deyir: "Üsyançılar, həqiqətən, səyyar ZRK-ləri əldə ediblərsə, bu, yalnız bir şeyi bildirir: aviasiyamız noxud kimi səpələnməyə başlayacaq və tamamilə faydasız olardı. Və budur, vurulmuş təyyarə əhvalatından sonra gecə tələsik uçuşları dayandırırıq, sonra da qoşunlarımızın çıxarılması haqda qərar qəbul edirik. Eyni zamanda bu addımı amerikalılarla razılaşdırmırıq. Paralel şəkildə isə terrorizm üzərində əzəmətli qələbə haqda açıqlamalar gəlir. Bəli, hazırda Suriyada barışıqdır və ona o cümlədən Rusiya tərəfi nəzarət edir. Lakin sabah bu barışıq pozulsa, onu necə bərpa etmək mümkün olacaq? Aviasiya, sadəcə, yoxdursa, onu necə havaya qaldırmaq olar?”
Ekspert diqqət yetirir ki, Suriyadan Rusiya qoşunlarının çıxarılması haqda qərar Donbasda münaqişənin güclənməsi anı ilə üst-üstə düşdü. Rusiya KİV-i Suriya mövzusundan rəvan şəkildə ayrıldı və yenidən Ukraynaya qayıdır.
Lukaşeviç düşünür: "Bu, nədənsə Əfqanıstanı yada salır. Biz orada da hamıya qalib gəldik. Lakin qoşunlarımız oradan çıxan kimi ətçəkən maşın dərhal işə düşdü. Yaxud, məsələn, təsəvvür edin, sovet qoşunları 1945-ci ildə Berlini tutur, artıq sabahı gün isə evə qayıtmaq qərarı alınır. Qələbədən sonra geri qaçıb qalibin məhz sən olduğunun təsdiqi kimi hərbi qüvvə buraxmamaq təəccüblü görünür”.
Strateq.az
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır