14-03-2016 [15:29]
Rusiyanın keçmiş mətbuat naziri, "Qazprom-Media” holdinqinin rəhbəri olmuş Mixail Lesinin Vaşinqtondakı müəmmalı ölümü ətrafında çoxsaylı suallar qalmaqdadır.
"The Washington Post” qəzeti Lesinlə bağlı yeni nüanslar barədə yazıb.
Qəzetin yazdığına görə, Lesin ötən il noyabrın 4-də axşam olduqca sərxoş halda Corctaundakı "Four Seasons” otelinin barına daxil olub.Barmen ondan barı tərk etməyi xahiş edib. Bu haqda həmin səhnənin şahidi olan iki polis danışıb.
Lesin bardan bir şüşə içki götürüb, ancaq polislər onun içkinin pulunu verib-vermədiyini görməyiblər. Sonra Lesin nömrə kirayələdiyi bu oteldən çıxaraq "Dupont Circle Hotel”ə yollanıb. Otelin videomüşahidə kameralarının qeydə aldığı görüntülərə əsasən rusiyalı oliqarx bir qədər əzgin görünür, ancaq onda aşkar xəsarət izləri yoxdur.
Xəbər verildiyi kimi rusiyalı milyoner-oliqarxın əvvəlcə ürək tutmasından öldüyü açıqlanıb. Lakin bir neçə gün əvvəl, martın 10-da Vaşinqtonun məhkəmə-tibb ekspertləri rəsmən elan ediblər ki, Lesinin ölümünə başından küt alətlə endirilən zərbələr səbəb olub. Habelə onun bədəninin başqa yerlərində xəsarət izləri aşkarlanıb.
Kremlə çox yaxın olan oliqarx Vaşinqtona ölümündən bir neçə həftə əvvəl gedibmiş. Lakin onun ABŞ-a hansı məqsədlə getdiyi məlum deyil. Versiyalara görə Lesin ABŞ Federal Təhqiqatlar Bürosu ilə sövdələşməyə girərək Los-Angelesdə aldığı 3 villarını qorumaq və ABŞ-da yaşamaq, əvəzində Kremlin sirlərini ötürmmək üçün Vaşinqtona gedə bilərdi.
Kolumbiya dairəsininn (Vaşinqton) yüksək rütbəli polis zabiti deyib ki, ola bilsin Lesin otelə gəlməzdən əvvəl hansısa davada iştirak edib və nömrəsinə qayıdandan sonra ölüb. Ancaq həmin polis rəsmisi başqa versiyaların da araşdırıldığını, Lesinin yıxılma, yaxud maşının altına düşmə nəticəsində xəsarətlər ala biləcəyinin də araşdırıldığını deyib. Hələlik bu və ya digər versiya üzərində dayanmaq üçün dəlil yoxdur.
"Biz bilmirik nə baş verib, bilmirik o, həmin xəsarətləri necə alıb”-polis bildirib.

Qəzet xatırladır ki, Lesin "Qazprom-Media” holdiqinin rəhbəri olub və holdinqə daxil olan "Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksandr Venediktovla münaqişədən sonra işdən gedib. Münaqişənin səbəbi Kremli tənqid edən jurnalistin işdən çıxarılması olmuşdu.Holdinqi tərk edəndən sonra Lesin Los-Angelesdə üç villa alıb. Bunlardan ikisində onun oğlu və qızı yaşayır.
Noyabrın 3-də, cəsədi oteldə tapılandan iki gün əvvəl Lesin Vudro Vilson Mərkəzinin Kennan İnstitunda təşkil edilmiş xeyriyyə tədbirinə qatılmalıydı. Həmin tədbirə dəvət almışdı, ancaq tədbirdə iştirak etməyib.
Rusiyanın "Dojd” telekanalı isə xəbər verib ki, Lesini ölümündən az əvvəl görən adam var və həmin mənbə oliqarxın dostlarının, tanışlarının əhatəsində olduğunu görüb. Mənbənin dediyinə görə, ola bilsin Lesin otelin yaxınlığında dalaşıb.
Lesinin çoxdankı dostu və işgüzar partnyoru Sergey Vasilyev isə deyib ki, onu fikrincə keçmiş nazir möhkəm sərxoş olduğu üçün yıxılıb.
Rusiya XİN-dəki mənbələrə istinad edən Vasilyev deyib ki, noyabrın 2-də oteldə yerləşəndə Lesin artıq sərxoş imiş. Səhər tezdən isə o, yenə də içki dalınca gedib. Onun bildirdiyinə görə, noyabrın 4-də otelin əməkdaşı Lesinin otağının qapısını döyüb. Çünki o, otaqdan xeyli vaxtdır çıxmırmış: "O, görüb ki, Mixail sərxoş halda döşməyə uzanıb yatır. Əməkdaş onu çarpayıya qaldırmaq istəyib, ancaq Mixail müqavimət göstərib. Bundan sonra əməkdaş otağı tərk edib. Ertəsi gün xidmətçi onun cəsədini həmin yerdə, döşəmədə görüb. Mişanın əvvəllər də ürək tutması olub, elə olub ki, yıxılıb, ciddi zədə alıb”.
"Dupont Hotel”in nümayəndəsi isə situasiyanı şərh etməkdən imtina edib.
Virtualaz.org
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama
Bakıda 70 yaşlı kişi güllələnib - Təfərrüat (Yenilənib)
Rəşad Baxşəliyev 48 yaşında dünyasını dəyişib
DÇ-2026: Türkiyə millisi qalib gəldi
The Limitless Group dünyanın nüfüzlu təhsil nümayəndələri ilə bir arada - 3 günlük tədbir başlayıb
Beynəlxalq səyyahlar Şuşaya gəliblər
“İran tərəfi bizə yalvarır" - Tramp belə deyir
"Maaşıma görə məni niyə mühakimə edirsiniz?” - Deputat + VİDEO
"Lənkəran" komandası texniki məğlubiyyət verilib
Ağdamda mülki şəxs minaya düşüb (YENİLƏNİB)
İran müharibəsi və Cənubi Qafqaz: xəritənin kənarından mərkəzinə...
Güclü külək əsəcək - Xəbərdarlıq
Sabahın hava proqnozu açıqlandı
Türkiyənin Rusiyadan neft daşıyan tankerinə hücum olub
İran Xarq adasında müdafiəsini gücləndirir
Rusiya İrana yardım göndərib - 31 vaqon
Azərbaycan nefti 113 dollara satılır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
MAY AYINDA ARDICIL 5 GÜN İŞ OLMAYACAQ
Qalmaqallı prokuror işdən çıxarıldı
Niyazi Bayramovun özəl günü... - Elçin Cavadov yazır
Bakıda iyrənc cinayət: dayı 15 yaşlı bacısı oğlunu...
NETANYAHU TRAMPI SAYMADI, ORDUYA ƏMR VERDİ: "48 saata İranın silah sənayesini məhv edin!"
Rusiya və İran çökür - Türkiyə və Azərbaycan isə...
Geosiyasi boşluq və rəqəmsal oyun: Azərbaycan fintech yarışında mövqelərini gücləndirir
Biznesin ürəyi müştəridir
Səlim Müslümovun əmlakı 600 min manata satılıb - Hərracda
“ÜMİDSİZ BİR ƏDƏBİYYAT” - Müəllif Selcan Ədalətin gözlərindəki o sevinc, qəbindəki o fərəh heç yadımdan çıxmır...
Xəzərdə zəlzələ olub
Prezident İlham Əliyev Mərkəzin açılışında - FOTOLAR
Onların imtahan nəticəsi ləğv olunacaq? - DİM-dən izahat
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
İlham Əliyev Yunanıstan prezidentinə məktub göndərib - MƏTN
Azərbaycan nefti 116 dollara satılır