ALP Dağlıq Qarabağla bağlı bütün qüvvələri birliyə çağırdı

img

17-03-2010 [12:51]


?Bu günlərdə xarici işlər naziri E.Məmmədyarovun bəyan etdiyinə görə Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Ermənistan-Azərbaycan hərbi münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair ?yenilənmiş Madrid prinsiplərini? qəbul edir. Halbuki, bu prinsiplərə görə Dağlıq Qarabağın statusu referendum yolu ilə çoxunu ermənilər təşkil edən bölgə əhalisi tərəfindən müəyyən olunması nəzərdə tutulur?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Azərbaycan Liberal Partiyasının bəyanatında yer alıb. Bəyanatda bildirilir ki, Dağlıq Qarabağın statusunun yerli referendum vasitəsi ilə müəyyən olunması onun birmənalı müstəqil olmağı deməkdir: ?Ona görə Azərbaycan Liberal Partiyası təslimçi Madrid prinsiplərini qəbuledilməz sayır, Azərbaycan hakimiyyətini bu prinsiplərdən dərhal və birdəfəlik imtina etməyə çağırır. Yalnız bu prinsiplərdən imtina edəcəyi, prinsipial və ardıcıl olaraq ölkənin ərazi bütövlüyünü və Dağlıq Qarabağda suverenliyini müdafiə edəcəyi, daxili siyasi dialoqa, insan azadlıqlarına və ədalətli, demokratik dəyərlərə əsaslanan siyasi sabitliyin bərqərar olunacağı təqdirdə Azərbaycan hakimiyyətinin ?Qarabağ siyasəti? siyasi qüvvələrin və cəmiyyətin dəstəyinə malik ola bilər. Buna görə iqtidar dərhal aparıcı siyasi qüvvələrlə Dağlıq Qarabağa dair dialoqa başlamalı və ölkənin, xalqın bütün potensialını işğal olunmuş torpaqlarımızın qanuni vasitələrlə azad olunmasına səfərbər etməlidir?. ALP hesab edir ki, bütün siyasi, ictimai qüvvələr, ziyalılar, geniş xalq kütlələri hər hansı bir fikir ayrılığına baxmayaraq, qüvvələrini birləşdirməli, əməkdaşlıq etməli, Dağlıq Qarabağın hüquqi itkisinə yol verməməli və hakimiyyətin təslimçi siyasətindən imtina etməyəcəyi təqdirdə kütləvi etiraz aksiyalarına başlamalıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA