Gənclər və idman Nazirliyinin dəstəyi ilə ?Beynəlxalq Novruz Festivalı Azərbaycanda ? 2010?

img

16-03-2010 [06:23]


gn=left]2010/gencler-idm-nazirleik-bina.jpg[/libt] ?Beynəlxalq Novruz Festivalı Azərbaycanda ? 2010? adlı beynəlxalq tədbir AR Gənclər və İdman Nazirliyinin dəstəyi ilə AEGEE-Bakı (Avropa Tələbələr Forumu- Bakı)ictimai birliyi tərəfindən 16 Mart tarixrində təşkil edilib. Müstəqil İnformasiya Agenliinin xəbərinə görə, bu tədbirin əsas məqsədi dünya gənclərinin xalqımızın milli adət və ənənəsi, dəyərləri və tarixi haqqında məlumatlandırmaq, mədəniyyətlər arası gənclər mübadiləsini genişkəndirmək, ən ümdəsi isə Azərbaycanı dünya gənclərinə tanıtmaqdır. Layihə çərçivəsində dünya ölkələrindən olan 30 əcnəbi gəncin iştirakı gözlənilir. İştirakçılar ölkəmizin tarixi abidələrinə səfərlər edəcək, Bakı şəhərində təşkil ediləcək bayram tədbirlərinə qoşulacaq, həmçinin ailələrdə Novruz axşamını qeyd etməklə mədəniyyətimizi daha yaxından tanımaq imkanı əldə edəcəklər. Layihə çərçivəsində iştirakçılar müxtəlif mövzularda (?dözümlülük?, ?yerli adət və ənənələr və qlobalizasiya?, ?müasir dünyada mədəniyyət?, ?musiqi özünü ifadə etmə üsulu kimi? və s.) müzakirələr etmək şansı qazanacaqlar ki, bununla da digər xalqların, həmçinin Azərbaycanlı gənclərin fikir və mövqeləri ilə tanış olub, qarşılıqlı anlaşmaya və dünyada sülhün yayılmasına töhvə vermək imkanı əldə etmiş olacaqlar. AEGEE-Bakı Avropanın 40-dan artıq ölkəsində 270-dən artıq şəhərində fəaliyyət göstərən və özündə 17000-dən çox tələbəni birləşdirən AEGEE-Avropa (www.aegee.org) təşkilatının Bakı şəhəri üzrə yerli nümayəndəliyidir. Təşkilatın əsas məqsədi Avropada gənclər arasında mədəni mübadilə həyata keçirməklə qitə miqyasında açıq və tolerant cəmiyyətlərin inkişafına nail olmaqdır. AEGEE-Bakı 2004-cü ildən fəaliyyətə başlamış və bu günə qədər müxtəlif layihələrə 500-dən artıq yerli tələbəni cəlb etmişdir. Təşkilatın əsas vəzifəsi Azərbaycan tələbələri ilə Avropa tələbələri arasında ünsiyyət məkanı yaratmaqla gənclərimiz arasında Avropa dəyərlərini təşviq etməkdir. Tədbir 22 mart tarixinədək davam edəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA