?Əli Kərimli həmizə qeyri-stabil siyasət yürüdüb, müttəfiqlərini yarı yolda qoyub?

img

12-03-2010 [03:57]


?AXCP ilə bağlı reallığı demişəm. Ona görə də bunlar ittiham kimi qəbul olunmamalıdır. Dediklərim, reallığa verilən qiymətdir və gələcək üçün bir nəticədir. Siyasi prosesləri dərindən izləyən hər kəs bilir ki, Xalq Cəbhəsi və onun lideri Əli Kərimlinin yürütdüyü siyasət həmişə qeyri-stabil olub, etibarlı əsaslara söykənməyib?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə AMİP yetkilisi Əli Orucov AXCP sədrinin müavini Nurəddin Məmmədlinin açıqlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, N.Məmmədli AMİP-in bu aqumentləri qarşısında deməyə söz tapmadığı üçün danışmaq istəmir: ?Əgər onlar mənim dediklərimdə xırda bir qeyri-dəqiq ifadə tapsaydılar, saatlarla danışardılar. Məsələ ondadır ki, dediklərim tamamiylə həqiqətdir. Çox uzaq tarixə getmirəm. 2003-cü il prezident seçkilərində AXCP rəsmi olaraq AMİP-in namizədi Etibar Məmmədovu dəstəkləmək barədə qərar versə də, zamanı gələndə bu dəstəyi görmədi, Əksinə əlaltından başqa siyasi qüvvələrə işlədilər. Ondan qabaq Əli Kərimlinin öz liderinə qarşı xəyanət mövqeyini tutması da hamının gözünün qarşısında baş verib. Bu fikirləri də AMİP deməyib ki? Yəni Əli Kərimli həmişə qeyri-stabil siyasət yürüdüb, müttəfiqlərini yarı yolda qoyub. Ona görə də Milli İstiqlal Partiyası gələcəkdə hansısa koalisiyada iştirak etmək istəsə, keçmiş təcrübəni nəzərə alacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA