QAT-ın Amerika səfirliyi qarzısındakı aksiyasına polis müdaxilə edib

img

13-03-2010 [01:54]


Qarabağ Azadlıq Təşkilatının (QAT) ABŞ-ın Azərbaycandakı səfirliyinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bir qrup QAT üzvü avtobusla səfirliyin binası qarşısında gəliblər. ?Ya Qarabağ, ya ölüm? və digər şüarlar səsləndirməyə başlayan zaman Nəsimi rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəliblər. Aksiya ilə bağlı icazə verilmədiyindən polis müdaxilə edib. Amma buna baxmayaraq, aksiyanın qətnaməsi oxunub. Qətnamədə ABŞ Konqresinin xarici əlaqələr komitəsinin qondarma ?erməni soyqrım?ını tanıması qəti şəkildə pislənib. Bundan əlavə, ABŞ hökumətindən Türkiyə və Azərbaycana təzyiqlərinə, ikili standartlara son qoyması tələb olunub. Polis QAT sədri Akif Nağı da daxil olmaqla, bir neçə aksiya iştirakçısını saxlayaraq 22-ci Polis Bölməsinə aparıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA