Polis İdarəsində özünü öldürmək istədi - Damarlarını kəsdi

img

19-02-2016 [11:30]


Bakıda bir neçə gün öncə oğurluqda şübhəli bilinərək saxlanılan şəxs polis idarəsinə özünü öldürmək istəyib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Səlim Qədimov tanışı Tərlan Babayevlə birlikdə fevralın 4-də Rza Əhmədova məxsus Sabunçu rayonu ərazisində yerləşən qarajdan oğurluq etməkdə şübhəli bilinərək 15-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıblar.

Səlim Qədimov Sabunçu Rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Yerinin sanitar qovşağında intihara cəhd edib. İdarənin tualetindən istifadə etmək istədiyini deyən S.Qədimov orada divara vurulan kafeli sındırıb. O, kafel parçası ilə sol qolunun damarlarını və boğazını kəsib.

S.Qədimov yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA