Rabitənin daha bir vəzifəli şəxsi haqda qərar - Məhkəmə həbsi uzatdı

img

19-02-2016 [10:43]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs edilmiş daha bir sabiq əməkdaşının barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

 

Trend-n məlumatına görə, ötən ilin noyabr ayında Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilərək həbs edilən"Aztelekom” MMC-nin sabiq baş mühasibi Oqtay Rüstəmov barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilmişdi. Bu il fevralın 21-də barəsindəki 3 aylıq həbs müddəti bitən O.Rüstəmovun həbs müddəti məhkəmənin qərarı ilə daha 3 ay artırılıb.

 

Xatırladaq ki, O.Rüstəmov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA