Vəzifəli şəxslərə qarşı 249 minlik mənimsəmə ittihamı… – Baş Prokurorluq cinayət işi açdı

img

17-02-2016 [17:25]


"AFN Travel" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ifşa edilib.

Bu barədə MİA.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, "AFN Travel” MMC-nin təsisçisi Coşqun Talıbovun həmin cəmiyyətin direktoru və digər vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin direktoru Elvin Əsgərovun baş mühasib Aygün Fətəliyeva və Daxili turizm departamentinin müdiri Niftulla Nəcəfovla əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə cəmiyyətin bank hesabından nağd şəkildə götürdükləri onlara etibar edilmiş 249 min manat məbləğində pul vəsaitini cəmiyyətin xəzinəsinə mədaxil etməyərək mənimsəmələrinə və digər maliyyə pozuntularına yol vermələrinə şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA