Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yaydı

img

17-02-2016 [16:23]


Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, fevralın 16-da paytaxtın Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Anar Hacıyevqarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gəlmiş və tibbi yardım göstərildikdən sonra buraxılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə fevralın 14-də saat 21 radələrində S.Vurğun küçəsində yerləşən çayxanalardan birində Bakı şəhər sakini Fəzail Qədirovun münaqişə zəminində tapançadan açdığı atəşlə A.Hacıyevə xəsarət yetirib hadisə yerini tərk etməsi müəyyən edilib. 

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində F.Qədirov tutulub. O, hadisəni "Makarov” markalı tapança ilə törətdiyini və sonradan onu dənizə atdığını bildirib. 

Araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA