Vidadi Zeynalovun həbs müddəti daha 3 ay artırıldı

img

17-02-2016 [12:46]


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri, hazırda həbsdə olan Vidadi Zeynalovun həbs müddəti yenidən artırılıb.

Bu barədə V.Zeynalovun vəkili Muğan Əliyev məlumat verib. Vəkil bildirib ki, V.Zeynalov barəsində seçilmiş həbs qəti imkan tədbirinin müddəti fevralın 21-də başa çatır. Məhkəmənin qərarı ilə V.Zeynalov barəsində seçilmiş həbs müddəti daha 3 ay artırılıb.

V. Zeynalovla mütəmadi görüşdüyünü deyən vəkil bildirib ki, müvəkkilinin saxlanma şəraiti və səhhətindən heç bir şikayəti yoxdur.

Qeyd edək ki, Səbail rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il yanvarın 21-də həbs müddəti başa çatan sabiq aparat rəhbərinin həbs müddəti fevralın 21-dək artırılmışdı. Məhkəmə istintaq hərəkətləri ilə əlaqədar olaraq V.Zeynalov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini daha 3 ay artırıb.

V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
Trend.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA