Bakıda daha bir bankı qarət etmək istədilər - Basqın

img

17-02-2016 [10:06]


Bakıda növbəti dəfə bankın qarət olunmasının qarşısı alınıb.

Mia.az anspress-ə istinadən xəbər verir ki, 49 yaşlı Elxan Hüseyn oğlu Məsimov banklardan birində həyəcan siqnalının işə düşməsi nəticəsində hadisə yerinə gələn Mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılaraq istintaqa təhvil verilən Elxan əvvəljə polisi taksi fəaliyyəti ilə məşğul olamasına və gecə vaxtı bankın ətrafında düşürdüyü müştərisini axtardığına inandırmağa çalışıb. Dediklərinin inandırıcı olmadığını görəndə isə olanları düzgün danışmaq qərarına gəlib.

Məsimovun sözlərinə görə oğurluğu qaynı Kamran adlı şəxslə planlaşdırıb. Bankın binasında yerələşən bankomatı qarət etmək istəyən Kamran hadisə yerindən qaçaraq gizlənə bilib.

Faktla əlaqədar Binəqədi rayon polis idarəsində başlanan cinayət işi üzrə araşdırmalar davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA