Saxta sənədlə mənzil satmaq istəyən dəllal saxlanıldı - Prokurorluq

img

16-02-2016 [17:59]


Hacıqabul rayon sakininin saxta sənədlər əsasında ona mənzil satılması barədə "161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Baş Prokurorluqdan Mia.az-a daxil olan məlumata görə, araşdırma zamanı Bakı şəhərində əmlak alqı-satqısı ilə məşğul olan Samir Rzayev "Günəş Holdinq” MMC-yə məxsus mənzili özününkü kimi təqdim edərək dələduzluq yolu ilə saxta müqavilə və arayışlar əsasında Hacıqabul rayon sakininin adına rəsmiləşdirəcəyini vəd edib:

"Bununla da onun 145 min manat məbləğində pulu və 120 min manat dəyərində evi ələ keçirməsinə şübhələr üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb".

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA