Özünü “Asan Xidmət”in məsul şəxsi kimi təqdim etdi, ancaq… - Baş Prokurorluq

img

15-02-2016 [12:38]


"Vətəndaşlara özlərini "Asan Xidmət” mərkəzinin vəzifəli şəxsi kimi təqdim edərək, onlara qarşı dələduzluq etmiş şəxslərin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb".

Bu barədə Mia.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, araşdırmalar zamanı Nərgiz Elçiyeva özünü Bakı şəhər 4 saylı "Asan Xidmət” mərkəzinin direktorunun köməkçisi kimi təqdim edən Rəşad Rəcəbov vasitəsi ilə Bakı şəhər sakinini aldadıblar:

"Belə ki, həmin sakini mərkəzin maliyyə şöbəsinə işə qəbul etdirəcəyi adı ilə aldadaraq 1200 manat pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrinə şübhələr üçün əsaslar yarandığından, faktla bağlı Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb".

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA