Bakıdakı “zon’’dan dəhşətli xəbər: “Yeni rəis dustaqları ayağından asdırır...“

img

14-02-2016 [14:04]


"Bakıdakı cəzaçəkmə müəssisəsində dustaqlara qarşı amansızlıq davam edir. Yeni rəis uşaqlarımıza olmazın işgəncəsini verir, döydürüb öldürtdürür’’.

Bu barədə Criminal.az-a 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən və ölümcül hala salınan məhkum Tariyel Şahverdiyevin yaxınları məlumat verib.

Bildiriblər ki, ötən gün 6 saylı cəzaçəkmə müəssisəsində öldürülən Nurani İbrahimov və Sahib Babayevlə yanaşı Tariyel də işgəncəyə məruz qalıb. Onu 17 saylı cəzaçəklmə müəssisəsindən bir həftə əvvəl 2 saylı müəssisəsyə rəis təyin olunan Elçin Əlicanov Vərəm əleyhinə müalicə müəssisəsinə göndərib. Hazırda T.Şahverdiyev qan kusur. Onunla yanaşı Elmir adlı məhkum da işgəncəyə məruz qalıb, hazırda onların vəziyyəti ağırdır.

Hazırda 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumların yaxınları əzizlərinin taleyindən narahatdır. Onlar cəzaçəkmə müəssisəsinin qarşısında toplaşıblar. Onlara məlumat veriblər ki, məhkumları soyunduraraq ayaqlarından asır və işgəncə verirlər(AzNews.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA