19 yaşlı qız özünü binadan niyə atıb? - Bakıda daha bir xoşagəlməz hadisə

img

12-02-2016 [14:47]


Dünən axşam saatlarında Bakıda gənc qızın özünü binadan atması ilə bağlı bəzi məqamlar aydınlaşıb. 

19 yaşlı Tamara Abbasova hadisənin baş verdiyi Ə.Əliyev küçəsi 26, mənzil 119 ünvanında daimi yaşamırmış. Həmin mənzildə onun xalası qızı qalır.

Bildirilir ki, T.Abbasovanın psixi vəziyyəti ilə bağlı son vaxtlar problemlər yaranıb. O daha əvvəl də bir neçə dəfə intihara cəhd edib.

Gənc qızın konkret hansı səbəbdən özünü binanın 4-cü mərtəbəsindən atması isə hələlik məlum deyil. Dünən ağı vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilən T.Abbasovanın ifadəsini almaq mümkün olmayıb. Vəziyyəti ağır olan qızın halı bu gün stabilləşib və gözlərini aça bilib.

Araşdırmalar davam etdirilir.

lent.az



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA