SOCAR-ın vəzifəli şəxsinin 80 min manatı oğurlandı - İlginc olay

img

12-02-2016 [10:59]


"SOCAR Turkey Energy" şirkətinin baş icraçı direktoru Kənan Yavuz fırıldaqçılığın qurbanı olub.

Türkiyənin "Vətən" qəzetinin verdiyi məlumata görə, K. Yavuz ticarət mərkəzində olarkən kredit kartı ilə alış-veriş etmək istəyib, lakin problemlə üzləşib. Bu zaman K. Yavuz banka zəng vurub. Bank rəsmisi bildirib ki, kredit kartı ləğv edilib: "Siz özünüz kredit kartınızı itirdiyinizi bildirərək, kartı ləğv etdirmisiniz. Yeni kredit kartınız isə ünvanınıza göndərilib".

K. Yavuz isə bildirib ki, banka heç bir müraciət etməyib.

Aparılan araşdırma nəticəsində məlum olub ki, dələduzlar K, Yavuzun yeni kredit kartından 150 min türk lirəsi (80 min manata yaxın) oğurlayıblar.

Artıq hüquq-mühafizə orqanları hadisəni törətməkdə şübhəli bilinən şəxsləri müəyyənləşdiriblər.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA