10-02-2016 [13:17]
Bu gün Səbael rayon Məhkəməsində jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işi çərçivəsində həbs edilən futbolçu Cavid Hüseynovun məhkəmə prosesi başlayıb.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb. Proses başlayandan sonra vəkil Adəm Məmmədov vəsatət verib ki, jurnalistlər prosesdə iştirak etsin. Bundan sonra vəsatət təmin olunub və jurnalistlər zala daxil olub. Prokuror ittiham nitqi ilə çıxış edib. Cavid Hüseynov ittiham üzrə özünü təqsirli bilməyib. O, məhkəmədə sərbəst ifadə verib: "Ayın 8-də evdə ailəmlə oturmuşdum. Elşən "WhatsApp”da yazdı ki, xəbərə bax, sənin haqqında pis şeylər yazıblar. Dedim, eybi yoxdur, jurnalistdir, qoy yazsın, işin olmasın. Elşən artıq Rasimlə danışdığını, Rasimin ona ağır söyüş söydüyünü dedi. Mən də Elşəndən Rasimin nömrəsini alıb, ona zəng elədim. Uzun müddət danışdıq, çox mülayim keçdi söhbətimiz. Məsələni ona izah elədim. O da məni başa düşüb, məndən üzr istədi. Ona dedim, mümkündürsə, bunu da yaz ki, Cavidlə danışdım və səhv anladığım üçün ondan üzr istəyirəm. Sonra Elşənə zəng eləyib dedim ki, heç nəyə ehtiyac yoxdur, Rasimlə danışıb məsələni bağladıq”.
C. Hüseynovunsözlərinə görə, bundan sonra məşqə gedib: "Məşqdən çıxanda Elşən zəng elədi ki, Rasimlə görüşdüm, ona təpik vurdum, Rasim də qaçıb getdi. Elşəni xeyli danladım. Çünki məni saymamışdı. Sonra hamamdan çıxanda gördüm ki, saytlar yazıb, Rasim Əliyevi Cavid Hüseynovun qohumları döyüb. Elşənə zəng elədim ki, necə vurmusansa, Rasim xəstəxanaya düşüb. Ardınca isə bir insan kimi xəstəxanaya getdim. Xəstəxanada Rasimlə görüşdüm. Rasim dedi, sənin bibioğlun məni çay içməyə dəvət elədi və döydü. Orda bildim ki, Rasimin telefonu və pulqabısı hadisə yerindən götürülüb. Ondan üzr istəyib çıxıb getdim. Səhəri gün Qəbələyə gedirdim, yolda qardaşım Almaniyadan zəng elədi ki, Rasim ölüb. Tez Elşənə zəng elədim ki, özünə vəkil tut, get, təslim ol, hər şeyi olduğu kimi danış. Mən Rasimlə danışanda hər şey yaxşı idi. Mən bilsəydim, onu orda yaxşı müalicə eləmirlər, öz hesabıma hara lazımdısa, aparıb onu müalicə etdirərdim.
Mən bütün Azərbaycan xalqına sübut edəcəm ki, günahsızam. Mən burda haqqımı almasam, Allah qarşında haqq qazanacam”.
Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.
Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.
Cinayətdə digər təqsirləndirilən şəxslərin barəsində olan cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun icraatında baxılıb.
C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.
Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.
TRAMP İRANI PARÇALANMAQLA HƏDƏLƏDİ, İNGİLTƏRƏYƏ "BARMAQ SİLKƏLƏDİ": "Baş nazir, eşit, bizə artıq bunlar lazım deyil, amma..."
İran İraqın Ərbil şəhərinə çoxsaylı zərbə endirib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
"Beşiktaş" 10 nəfər qalan "Qalatasaray"a "boyun əydi"
Dövlət Departamentinin İranın Naxçıvana dron hücumu barədə bəyanatı... - Rəsmi Bakıdan reakiya
Prezident İlham Əliyev xanımları bir daha təbrik edib - FOTO
Baş nazir Prezident İlham Əliyevə zəng edib: "Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır"
8 Mart – Beynəlxalq Qadınlar Günü haqqında 10 maraqlı fakt
AZƏRBAYCAN QADINI - Qulu AĞSƏS YAZIR
Xarici İşlər Nazirliyi məlumat yayıb
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir