Fəzail Ağamalı AiDP sədrinin cavabını verdi

img

06-03-2010 [03:25]


Xəbər verdiyimiz kimi, Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının aksiya keçirən dindarlarla bağlı fikirləri qarşı tərəfin narazılığına səbəb olmuşdu. Belə ki, T.Abbaslı F.Ağamalının fikirlərinin İslam dininə qarşı yönəldiyini bildirmişdi. Məsələylə bağlı Müstəqil İnformasiya Agentliyinə açıqlama verən F.Ağamalı isə qarşı tərəfin fikirlərinin əsassız olduğunu bildirib: ?Mən AİDP sədrinin açıqlamasından sonra müsahibə verdiyim qəzetləri bir daha nəzərdən keçirdim. Orada birmənalı olaraq, onun söylədiyi kimi anti-din fikirlərini dilimə gətirməmişəm. Bir müsəlman olaraq İslam dininə hörmətini bildirmişəm. İslam dininin siyasətdən kənar, xalqımızın milli mənəvi dəyərlərinin formalaşmasındakı müstəsna rolunu ifadə etmişəm. Bu gün də o fikirdəyəm ki, din siyasətə qarışmalı deyil. Həmin cənaba da bildirmək istəyirəm ki, ən azı mənim keçmiş olduğum həyat yolunu gözünün qabağına gətirsin. Mən 1988-ci ildə torpaqlarımıza erməni təcavüzü başladığı andan həm ümumxalq hərəkatında, həm də əlimə silah alraq erməni işğalçılarına qarşı mübarizədə döyüşmüşəm?. F.Ağamalı onu da bildirib ki, bu cür insanlar fikirlərini söyləyərkən, başqasının ünvanına böhtanlar atmasınlar: ?Bu cür insanlar İslamı önə çıxararaq, demokratik, dünyavi Azərbaycanı İslam dövlətinə çevirmək istəyirlərsə, onlara xatırladıram ki, Azərbaycanın Konstitusiyası var və bu qanunlar çərçivsində fəaliyyətlərini qursunlar. İslam hər birmizin dinidir və o, kimsənin inhisarına çevrilə bilməz?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA