Rəbiyyət Aslanovadan ATƏT-in ünvanına sərt tənqid

img

03-03-2010 [02:54]


?Bu gün ATƏT-in təhlükəsizlik mühiti yoxdur. Bu məkan heç də düşünüldüyü kimi sabitlik məkanı deyil. Bu məkan artıq təhlükəsizlik və əməkdaşlıq məkanı çərçivəsindən çox kənara çıxıb və çıxmaqdadır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözləri Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib. R.Aslanova bildirib ki, ATƏT məkanı və sərhədləri çərçivəsində bir sıra həll edilməmiş problemlərin, xüsusilə münaqişəli situasiyaların mövcud olmasına baxmayaraq, son illər bu məkana daha yeni-yeni konfliktli ölkələr cəlb olunur. Belə konfliktli ölkələrdən biri də 30 ildən artıq vətəndaş müharibəsi şəraitində yaşayan Əfqanıstandır. Onun sözlərinə görə, ATƏT PA-nın sonuncu qış sessiyasında Əfqanıstan ilə bağlı məsələ ətrafında xüsusi müzakirələrin təşkil olunması buna sübutdur. ?Amma ATƏT-in öz məkanında kifayət qədər problemləri var bu problemlərin çoxu həll olunmamış qalır. Bunlardan da biri Dağlıq Qarabağ problemidir ki, uzun illərdən bəri həll olunmamış qalır. Amma ATƏT-də bunu gündəmə gətirmək və həll etmək arzusunda deyillər. ATƏT-in Minsk qrupu məsuliyyəti Parlament Assambleyasının üzərinə atır, Parlament Assambleyası isə Minsk qrupunun üzərinə. Əslində bunlar bir təşkilat çərçivəsində fəaliyyət göstərən qurumlardır. Ancaq təəssüflər olsun, onlar hələ də öz üzərlərinə götürdükləri məsuliyyətin öhdəsindən gələ bilmirlər və ya gəlmək istəmirlər? deyə komitə sədri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA