AMiP qondarma ?erməni soyqırımı? qətnaməsinin qəbul edilməsi ilə bağlı ABŞ-a etiraz edir

img

05-03-2010 [05:10]


?ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma ?erməni soyqırımı? qətnaməsinin qəbul edilməsi Azərbaycan ictimaiyyəti tərəfindən olduqca sərt qarşılandı. Həmin Komitənin heç bir əsası olmayan, uydurma iddianı həqiqət kimi göstərmək cəhdi dünyada demokratiyanın beşiyi sayılan bu ölkəyə inamı sarsıdır?. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu sözlər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) yaydığı bəyanatda qeyd olunur. AMİP tarixi faktlar araşdırılmadan erməni məkirinə uyaraq belə bir qətnamənin qəbuluna kəskin etirazını bildirir və bunu qəti şəkildə pisləyir. Tarixən ermənilər havadarlarının hərtərəfli dəstəyindən bəhrələnərək Azərbaycan türklərinə qarşı deportasiya və soyqırım törətmiş, hətta bəşəriyyətə qarşı olan bu cinayəti özlərinin dövlət siyasətinə çevirmişlər. Ötən əsrin müxtəlif dönəmlərində milyonlarla Azərbaycan türkü öz doğma yurd-yuvalarından silah gücünə qovulmuş, həyata keçirilən bu deportasiya zamanı yüzlərlə insan ağır işgəncələrə məruz qalmış və faciəli surətdə qətlə yetirilmişdir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində bu gün Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, 1 milyondan çox insan isə dözülməz şəraitdə qaçqın həyatı sürməkdədir. Xocalı faciəsi isə erməni qəddarlığının insanlığa qarşı yönəlmiş əməllərinin bariz nümunəsidir. Ermənilərin işğalçılıq siyasətinin dayandırılması ilə bağlı BMT-nin 4 qətnaməsinin olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət hələ də bu vəhşiliyinə göz yummaqdadır. Bu sadaladığımız faktlar ermənilərin Azərbaycan türklərinin başına gətirdiyi faciələrin çox kiçik bir hissəsidir. Amma buna baxmayaraq, ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi qondarma ?erməni soyqırım? qətnaməsini qəbul etməklə ədalət və obyektivlik prinsiplərinə ciddi zərbə vurmaqla yanaşı, təcavüzkara yeni imkanlar yaradacaq. Bu isə beynəlxalq hüquq normalarına tamamilə ziddir. AMİP hesab edir ki, qətnamənin qəbulu regionda sülhün, sabitliyin və təhlükəsizliyin qorunmasına ciddi zərbə vuracaq, həmçini də, Dağlıq Qarabağ probleminin həllini çətinləşdirəcəkdir. Partiya belə bir addımın yalnış olduğu qənaətindədir və Birləşmiş Ştatların təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə də nüfuzuna zərər verəcəyini düşünür. AMİP ABŞ ?ın bu məsələyə həssas yanaşacağına və ədalətli davranacağına ümüd edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA