Müsavatçı Qadınlar Birliyi Xocalı soyqırımının ildönümü ilə əlaqədar bəyanat verib

img

24-02-2010 [05:56]


Xocalı soyqırımının ildönümü ilə əlaqədar Müsavatçı Qadınlar Birliyi bəyanat verib. Müstəqil İnformasiya Agentliyinə daxil olan bəyanatda qeyd olunur: ?1992-ci ilin fevralın 26-da dünyada analoqu olmayan bir faciə-insanlığa qarşı müdhiş bir cinayət hadisəsi baş vermişdir. Ermənistanin silahlı qüvvələri və Rus ordusunun Xankəndindəki 366-cı moto-atıcı alayı ilə birlikdə xaincəsinə Xocalıya hücum edərək silahsız, əliyalın və dinc əhalini amansız kütləvi qətliama məruz qoymuşlar. 613 nəfər şəhid olmuş, 1000-dən yuxarı adam yaralanmış və şikəst olmuş, 1275 nəfər əsir və girov götürülmüşdür. Erməni vandalları görünməmiş vəhşiliklər törətmiş, işgəncələrin həddi-hüdudu olmamışdır, uşaqlara, qocalara və hətta hamilə qadınlara aman verməmişlər?. XX əsrdə 2 milyona yaxın soydaşımızın Ermənistandan deportasiya edilməsinə, Qarabağın işğalına ikili standartlarla yanaşan dünyanın və Qərbin demokratiya carçıları Xocalı soyqırımına da laqeyd, soyuqqanlı münasibət bəsləyib və bu gün də bəsləməkdədir. Biz, müsavatçı qadınlar bütün dünyada vandalizmi pisləyir, Xocalı faciəsi kimi soyqırımı heç bir xalqa rəva görmür və bütün dünya ictimaiyyətini belə soyqırımlara qarşı birgə mübarizəyə çağırırıq

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA