Mübariz Əhmədoğlu: ?iranın ?irəli-geri? metodu dünyanı ələ salmağa yönəlib"

img

04-03-2010 [01:41]


Bu gün Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi fevral ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı aylıq analitik hesabatını açıqlayıb. STİM sədrı Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında öncə İran ətrafında gedən proseslərə toxunub. M.Əhmədoğlu bildirib ki, ötən ay dünyanın diqqətində olan əsas məsələlərdən biri İran ətrafında gedən proseslər olub. Politoloq bu gün İranın nüvə proqramının deyil, bu dövlətin özünün dünya üçün problem olduğunu vurğulayıb: ?İranın ?irəli-geri? metodu dünyanı ələ salmağa yönəlib. Dövlət rəhbərlərinin bir-birinə zidd bəyanatlar verməsi dünya ictimaiyyətində İrana qarşı inamsızlıq yaradıb. Amma bu gün İran o qədər də möhkəm dövlət deyil. İran iqtisadiyyatı təzyiqə dözümsüz bir vəziyyətdədir?. M.Əhmədoğlu İranın nüvə texnologiyaları siyasətinin alverə çevrildiyini vurğulayıb. Cənubi Qafqazda gedən proseslərə diqqət yetirən politoloq bildirib ki, bir neçə ay əvvəlkindən fərqli olaraq artıq qərb Türkiyədən Ermənistanla əlaqələri tam bərpa etməyi qədər ciddi tələb etmir: ?Çünki bu prosesin başlanmasının özü Ermənistan üçün bir sınaq idi. Ermənistan nümayiş etdirdi ki, qərbin sözü ilə hərəkət edə bilər. Artıq bu gün Ermənistanın qarşısında başqa bir tələb qoyulur ki, Rusiyanın bölgədə sıxışdırılması prosesində iştirak etsin. Bunu etsə, Ermənistanı böyük mükafatlar gözləyir?. M.Əhmədoğlu Ermənistanın daxilində də vəziyyətin stabil olmadığını, bir sıra siyasi qüvvələrin hakimiyyətdəkilərdən Livanda yerləşən Yüksək Kilikiya Evi Kilsəsinin Katolikos-Patriarxı I Arama şikayət etdiklərini vurğulayıb. O, separatçı Dağlıq Qarabağ rejiminin də Ermənistan hakimiyyətindən narazı olduğunu qeyd edib. Hesabatda, həmçinin ötən ay Azərbaycanda, Mərkəzi Asiyada və dünyanın digər bölgələrində baş verən hadisələr barədə məlumat və şərhlər yer alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA