ADP 26 fevralın qeyri iz günü elan olunmasını təklif edir

img

01-03-2010 [04:54]


Bu gün ADP İdarə heyətinin növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda ölkədə və beynəlxalq aləmdə baş verən ictimai siyasi proseslər və təşkilati məsələlər əsas müzakirə obyekti olub. Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərin nəticələrinə münasibət bildirən İdarə Heyəti üzvləri bu qanl faciəni XX əsrdə insanlığa qarşı ermənilərin törətdiyi ən böyük vəhşilik kimi qiymətləndirib və beynəlxalq ictimaiyyətin hələ də bu vəhşilik aktını həyata keçirənlərə susqun münasibətindən təəssüfləndiyini bildirib. Xocalı soyqırımının sıradan bir hadisə olmadığına diqqət çəkən toplantı iştirakçıları bu günə qədər parlamentdə qəbul edilən qanun səviyyəsində bu hadisəyə siyasi qiymət verilməməsi və faciənin əsl səbəbkarlarının aşkarlanıb cəzalandırılması üçün beynəlxalq məhkəməyə müraciət edilməməsi faktından narahat olduğunu ifadə edib və hakimiyyəti Xocalı soyqırımı haqqında parlamentdə siyasi qanun qəbul etməsi və bu soyqırımın beynəlxalq səviyyədə tanınması istiqamətində üçün ciddi səylər göstərməyə çağırıb. İH ? də həmçinin Xocalı soyqrımının baş verdiyi günün iş günü olması səbəbindən vətəndaşlarımızın bu tarixi kütləviliklə qeyd edə bilməməsini nəzərə alaraq, hakimiyyətdən 26 fevral tarixinin hüzn günü kimi qeyri iş günü elan edilməsini və Ana harayı abidəsinin ziyarət olunmasını rəsmi diplomatik protokola daxil edilməsini tələb edilib. ABŞ konqresində qondarma erməni soyqırımın tanınması istiqamətində qətnamə qəbul ediləcəyi ilə bağlı adı çəkilən ölkədə səslənən ənənəvi bəyanatlara münasibət sərgiləyən toplantı iştirakçıları bu cəhdin xristian təəssübkeşliyindən qaynaqlandığını və heç bir tarixi reallığı əks etdirmədiyini bildirib və ABŞ rəsmilərini Cənubi Qafqazda və eləcə də Yaxın Şərqdə sülh və təhlükəsizlik sisteminin pozulmasına yönəlmiş bu cür addımları atmaqdan uzaq olmağa çağırıb. Ermənistan prezidenti S.Sarkisyanın Türkiyənin Azərbaycanla hərbi əlaqələrinə görə Dağlıq Qarabağ məsələsində vasitəçi ola bilməməsi barədə sərsəm bəyanata mövqe bildirən İdarə Heyəti üzvləri anoloji olaraq həmin dövlətin vasitəçilik missiyasını yerinə yetirən Rusiya və Fransa dövlətləri ilə hərbi əməkdaşlığını diqqətə çatdırıb və hakimiyyəti bundan sonra da Türkiyə ilə hərbi əməkdaşlığın gücləndirilməsi və onun ATƏT-in Minsk qrupunda vasitəçi kimi yer alması istiqamətində səylərini davam etdirməyə çağırıb. Ölkə başçısı Qəbələdə Ermənistanın Azərbaycan torpaqlarını başqa dövlətin yardımı ilə işğal etməsi barədə səsləndirdiyi fikrə münasibət bildirən İH üzvləri prezidentin Azərbaycan torpaqlarının işğalında təkcə Ermənistanın deyil digər dövlətlərin də iştirak etməsini dilə gətirməsini razılıqla qarşılayıb və iqtidarı bu bəyanatdan irəli gələn siyasi addımları da atmağa çağırıb. Türkiyədə, xaricdə yaşayan türklər və türkdilli xalqlarla iş üzrə dövlət qurumunun yaradılması ilə əlaqədar məsələyə münasibət bildiriən İdarə Heyəti üzvləri bu təşəbbüsün türkdilli xalqlar arasında qarşılıqlı əlaqələrin daha da yaxınlaşmasına və tarixi şəraitlə əlaqədar olaraq dövlət qurumlarından məhrum olan bir sıra türkdilli xalqlara qarşı tətbiq edilən diskriminasiya siyasətinin aradan qaldırılmasına bir töhfə olaçağına əminliyini ifadə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA