Avropa ittifaqının sədri müxalifət liderləri ilə görüzüb

img

03-03-2010 [02:17]


Azərbaycanda səfərdə olan Avropa İttifaqının fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Angel Moratinos bu günlərdə bir sıra partiya və ictimai qurumların rəhbərlərilə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə Liberal Partiyanın lideri Lalə Şövkət, Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, ?Azərbaycan Naminə? İctimai Forumun rəhbəri Eldar Namazov iştirak edib. Görüş zamanı tərəflər ölkədə mövcud ictimai-siyasi durum, 2010-cu il parlament seçkisi, Aİ-Azərbaycan münasibətləri, siyasi məhbus və s. problemlər barəsində fikir mübadiləsi aparıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA