Tahir Abbaslı: ?DAK bir dəstə irançı zahpərəstlərdən ibarətdir?

img

23-02-2010 [02:41]


Azərbaycan İslam Demokrat Partiyası Dünya Azərbaycanlıları Konqresinin fəaliyyətindən narazıdır. Təşkilatın üzərinə düşdüyü vəzifənin öhdəsindən gələ bilmədiyi qənaətindədir və buna görə də qurumun yaxın dövrlərdə arxivə gedəcəyini bildirir. Bu barədə Müstəqil İnformasiya Agentliyinə AİDP sədri hacı Tahir Abbaslı məlumat verib. T.Abbaslı hesab edir ki, DAK-ın S.Rustəmxanlının həmsədr olduğu qanadının Azərbaycan xalqına və dövlətçiliyinə yaxınlığı yoxdur: ?Onların işi özfəaliyyətdən başqa bir şey deyil. Bu da ilk növbədə onunla bağlıdır ki, DAK təmsilçiləri gücləri çatmayan, reallığı özündə əks etdirməyən, ciddiyyəti olmayan işləri boyunlarına götürüblər və utopist təfəkkürlə hərəkt edirlər. Çox təssüf ki, DAK daha çox anti fars, anti İran, son vaxtlar anti Türkiyə və anti islam təbliğatı üzərində qurulub.Təbi ki, bu da sionist təşkilatının ideya və hərəkətləri ilə üst-üstə düşür?. T.Abbaslının fikrincə təşkilatın fəaliyyəti qeyd olunan məqamlar üzərində qurulduğundan bir neçə yerə parçalanıb: ?Dünyanın hər yerində olan azərilərlə əlaqəni boynuna götürmüş DAK bu gün bir dəstə İrançı şahpərəstlərdən və hakim patiyanı təmsil edənlərdən ibarətdir. Siyasi maraqlar DAK-ın əl qolunu elə bağlayıb ki, niyyət və hədəfləri bəlli olmayan xəstə təşkilata çevrilib desək yanılmarıq?. AİDP sədrinin sözlərinə görə, DAK-ın fəaliyyətsizliyi, xüsusilə də təşkilatda əmələ gələn ikitirəlik ucbatından dünyanın müxtəlif ölkələrində yaşayan imkanlı soydaşlarımız Azərbaycan üçün, istər daxildə. İstərsə də xaricdə maddi və mənəvi nöqteyi nəzərdən iş görmürlər: ?Bu mənada hesab edirəm ki, bu qurum faktiki olaraq dünya azərbayanlaından təcrid olunmuş vəziyyətdədirlər?. T.Abbaslının sözlərinə görə, artıq varlığı başağrısına çevrilmiş qurultaylar və toplantılar keçirməklə işini bitmiş hesab edir: ?İnanmaq istərdik ki, DAK təmsilçiləri bizim fikirləri dost mesajı kimi qəbul edəcəklər. Xalqımız sizləri mənəvi elçiləri kimi görmək istəyir. İslamçı Demokrat olaraq sağlam fikir, düşüncə və ideyalarla hərəkət edən soydaşlarımıza rəğbət və ehtiramlarımızı bildiririk. Və həmişə onların yanındayıq. Lakin öz şəxsi maraqlarını milli, mənəvi və dövlətçi maraqlarından üstün tutan DAK-çılara münasibətimiz isə bir mənalı olaraq mənfidir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA