ADP Elmar Hüseynovun qatillərinin tapılmasını tələb edir

img

02-03-2010 [02:04]


Mərhum jurnalist Elmar Hüseynovun qətlə yetirilməsindən 5 il keçdi. Bu qanlı olayın baş vermə səbəbləri və bu günə qədər cinayətkarın tapılıb cəzalandırılmaması məsələsi ilə əlaqədar ADP sədrinin ictimai əlaqələr və mətbuat üzrə müavini Nurəddin İsmayıl MİA-ya açıqlama verib. Açıqlamada deyilir: ?Elmar bəyin qətlə yetirilməsi nəinki Azərbaycanda, eləcə də bütün dünyada kəskin etirazla və dərin nifrətlə qarşılanan qanlı bir hadisə idi. Qətli doğuran səbəblər haqqında bir sıra versiyalar dolaşmasına baxmayaraq biz bu suiqəsdin arxasında ilk növbədə Elmarın rejimlə barışmayan jurnalist mövqeyinin ziddinə olan qüvvələrin izini görürük. O qüvvələrin ki, onların saxta və çirkin əməlləri, korrupsiya və rüşvətxorluğu adi həyat tərzinə çevirmələri, səlahiyyətlərindən sui istifadə edən məmurların məişət pozğunluğundan tutmuş, kriminal ünsürlərlə birləşib dövləti icdən dağıtmaq cəhtləri tünd boyalarla Elmarın qələmində əksini tapırdı. Elmar demokratiyanı bayraq edib antidemokratik fəaliyyət föstərən, xalqın sərvətini dağıdıb xalq adından danışan, əxlaqsızlığı ictimai fəaliyyəti ilə uzlaşmayan antipodların qənimi idi və o zümrənin suiqəsd daşıyıcılarının da hədəfinə qurban getdi. Məhz həmin qətldən sonra biz Azərbaycanda azad sözə və düşüncəyə basqıların, həbslərin artan templə davam etməsinin şahidi oluruq. Bütün bunlara baxmayaraq cəmiyyətdə bu qətlin açılmasına, cinayətkarların və sifarişçilərin tapılıb cəzalandırılmasına olan ümidlər itməyib. 5 il bundan öncə ölkə prezidentinin bu qanlı olayı törədənlərin tezliklə öz cəzasına çatdırılacağı barədə səsləndirdiyi fikirlər həm Azərbaycan, həm də dünya ictimaiyyətinin diqqətindən yayınmayıb. Fikrimizcə ölkəmizə başaşağılığı gətirən bu hadisənin təşkilatçı və icraçılarını tapıb cəzalandırılmayınca azad sözə və fikir azadlığına qarşı olan təhdidlər və təhlükələr də aradan qalxmayacaq.?

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA