Ramil Usubov AŞ insan Hüquqları Komissarı Tomas Hammarberqi qəbul edib

img

04-03-2010 [07:47]


Daxili işlər naziri, general-polkovnik Ramil Usubov martın 4-də ölkəmizdə səfərdə olan Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberqi qəbul edib. DİN mətbuat xidmətindən Müstəqil İformasiya Agentliyinə verilən məlumata görə, DİN-lə AŞ arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin yaradılmasından danışan nazir qeyd edib ki, bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər xüsusi əhəmiyyət daşıyır. Məhz bunun nəticəsidir ki, ötən əsrin 90-cı illərinin ikinci yarısında Avropanın qabaqcıl ölkələrindən olan ekspertlərin yaxından iştirakı ilə polis fəaliyyətinin hüquqi əsaslarını müəyyən edən qanunvericilik bazası təkmilləşdirilib, demokratik dəyərlərə söykənən bir sıra normativ aktlar və yeni qanunlar qəbul edilib. Polisin fəaliyyətində insan və vətəndaş hüquq və azadlıqlarının qorunması ön plana çəkilibdi. Bununla yanaşı, Avropa Şurası ekspertləri tərəfindən DİN-in Polis Akademiyasında təhsilin təşkilinə dair ?Azərbaycan Respublikasında polis kadrlarının hazırlanmasının qiymətləndirilməsi? mövzusunda hazırlanmış məruzə-hesabatına əsasən təqdim edilmiş tövsiyələr nəzərə alınaraq, insan hüquqlarının qorunması ilə bağlı qanunvericiliyin və beynəlxalq hüquqi aktların müddəalarının daha dərindən öyrənilməsi məqsədilə Akademiyada ?İnsan hüquqları? üzrə xüsusi kurs təşkil olunmuş, eyni məqsədlə ingilis dilinin tədrisi daha da genişləndirilib. Qeyd olunub ki, Avropa Şurasının ?Polis və insan hüquqları? Proqramı çərçivəsində hazırlanmış ?İşgəncələrə qarşı Komitə haqqında nə bilirsiniz? adlı 15 sualı əhatə edən broşura tərcümə edilərək, tədris prosesində əyani vəsait kimi istifadə olunur. ?Polis etikası haqqında ?Avropa məcəlləsində təsbit olunmuş prinsiplər və Avropa Şurasının ekspertlərinin fəal iştirakı və tövsiyələri əsasında ?Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi? hazırlanıb. Nazir bildirib ki, Prezident İlham Əliyevin ?Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı?nın təsdiq edilməsi haqqında? 28 dekabr 2006-cı il tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar insan hüquqlarının təmin olunması sahəsində beynəlxalq təşkilatlarla bir sıra zəruri işlər görülüb. Bundan əlavə, 1997-ci ildən başlayaraq Avropa Şurasının ?Polis və İnsan hüquqları Proqramı?, ?Qanunun Aliliyinin möhkəmləndirilməsi üzrə Əməkdaşlıq Proqramı? və ?İnsan hüquqlarına riayət edilməsi mədəniyyəti proqramı? çərçivəsində müxtəlif mövzular üzrə seminarlar keçirilib. Ümumiyyətlə, insan hüquqlarına riayət olunması, polisin gündəlik işində demokratik dəyərlərin möhkəmləndirilməsi yollarının öyrənilməsi problemlərinə həsr edilmiş seminarlar, elmi-praktik konfranslar müntəzəm olaraq keçirilir. Nazir onu da qeyd etmişdir ki, DİN bu uğurlara nail olmaqla bərabər polis əməkdaşları tərəfindən törədilən hər cür neqativ təzahürlərə qarşı mübarizə sahəsində öz işini böyük əzmlə davam etdirir və hər belə fakt üzrə qanunla müəyyən edilmiş ən ciddi tədbirlərin görülməsində maraqlıdır. Tomas Hammarberq səmimi qəbula və ətraflı məlumata görə təşəkkür edərək, Azərbaycanda görülən işlərdən məmnunluq duyduğunu, Avropa Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən demokratik islahatlar prosesində polis orqanlarının bundan sonra da fəal iştirak edəcəyinə əmin olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA