Bülənt Qorxmaz: ?Mən ?Bakı?da qalmaq istəyirəm?

img

01-03-2010 [04:23]


?Azərbaycana gələndə ?Bakı? komandasının rəhbərliyindən üç şey istədim: baza yaratmaq, aşağı yaş qrupları üzrə komandalar formalaşdırmaq və təcrübəmi futbolçularla bölüşmək. Əlbəttə, Azərbaycan futbolu Türkiyə futbolu ilə müqayisədə geridədir. Çünki bazalar azdır, stadionların ot örtüyü elə də yaxşı deyil?. Qol.Az-ın məlumatına görə, bu sözləri Türkiyənin ?Zaman? qəzetinə müsahibəsində ?Bakı?nın baş məşqçisi Bülənt Qorxmaz söyləyib. O, Azərbaycan çempionatına böyük marağın olmadığını da bildirib: ?Azərbaycan futbolunun zamana ehtiyacı var. Şəxsən mənim istəklərim ?Bakı?da yerinə yetirildi. Amma komandada bəzi çatışmazlıqlar var. Bu problemləri yoluna qoymaq üçün daha da çalışmaq lazımdır?. Bülənt Qorxmaz ?Bakı? ilə müqaviləsinin bu mövsümün sonu başa çatdığını xatırladıb: ?Bundan sonra komanda rəhbərliyi ilə danışıqlarımız olacaq. Komandada qalıb-qalmayacağımı indidən deyə bilmərəm. Amma mən ?Bakı?da qalmaq, Azərbaycan futboluna fayda vermək istəyirəm. Ümid edirəm ki, mənim istədiklərim olacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA