Azərbaycan güləzçiləri Bolqarıstanda 6 medal qazanıb

img

01-03-2010 [01:21]


Bolqarıstanın Burqas şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Dan Kolov və Nikola Petrovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turnir keçirilib. Lent.az-ın məlumatına görə, turnirdə Azərbaycanın gənclərdən ibarət sərbəst, böyüklərdən ibarət yunan-Roma güləşi üzrə yığma komandaları mübarizə aparıb. Sərbəst güləş yığmamız 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb. 96 kq çəki dərəcəsində mübarizə aparan Aslanbek Alborov bütün rəqiblərindən üstün olub. İbrahim Yusubov (74 kq) gümüş, Azər Paşayev (55 kq) və David Suynuçxanov (66 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərimizdən isə Taleh Məmmədov (55 kq) və Rüstəm Əliyev (66 kq) bürünc medala sahib olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA