"Neftçi"də baz məzqçilik səlahiyyətlərini Arif Əsədov yerinə yetirəcək

img

24-02-2010 [04:05]


?Neftçi? futbol komandasında baş məşqçi səlahiyyətlərini Arif Əsədov yerinə yetirəcək. Bu haqda klubun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, Vaqif Sadıqovun baş məşqçi postundan istefasından sonra ?Neftçi? rəhbərliyi məşqçilər korpusunda yer alan Şakir Qəribovla Arif Əsədova etimad göstərib. Amma baş məşqçi funksiyalarının icrası Əsədova tapşırılıb. Əşrəfoğlu yeni baş məşqçi təyinatınadək bu vəzifədə məhz gənc mütəxəssisin çalışacağını deyib: ?Yeni baş məşqçi məsələsi klubumuzun prezidenti Sadıq Sadıqovun səlahiyyətindədir. İnşallah, ?Neftçi?yə adına layiq mütəxəssis başçılıq edəcək. Hazırda isə klubumuzun rəhbərliyi Arif Əsədova etimad göstərmək qərarına gəlib?. lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA