Berti Foqts: ?Təqvim arzuladığımız kimi tərtib olundu?

img

22-02-2010 [03:58]


Bu gün Almaniyanın Frankfurt şəhərində Avro-2012-nin seçmə mərhələsinin A qrupunun təqvimi müəyyənləşib. Tədbirdə iştirak edən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts AFFA-nın saytına fikirlərini bildirib: ?Müzakirələrin nəticəsindən çox razıyıq. Təqvim arzuladığımız kimi tərtib olundu. Qızğın müzakirələrin getməsinə baxmayaraq - sözsüz ki, hər bir komandanın nümayəndəsi öz maraqlarını müdafiə edirdi - balanslı və ədalətli təqvim alındı. Artıq bütün diqqətimizi millinin hazırlığına, yoldaşlıq oyunlarının keçirilməsinə yönəldəcəyik. Yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA