"Neftçi"nin baz məzqçisi Vaqif Sadıqov istefaya göndərilib

img

22-02-2010 [03:06]


Azərbaycan Premyer Liqasının bu gün yekun vurulan təsnifat mərhələsindən sonra ölkə futbolunun flaqmanı hesab edilən "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov istefaya göndərilib. Kluba yaxın mənbələrdən əldə edilən məlumata görə, istefaya səbəb komandanın bu gün turun əsas qarşılaşmasında "İnter"ə məğlub olmasıdır. fanat.az-ın xəbərinə görə, qərar bu gün oyundan sonra baş məşqçi ilə klubun prezidenti Sadıq Sadıqov arasında baş tutan görüşdə qəbul olunub. Baş məşqçi oyundan sonra futbolçularla görüşərək vidalaşıb. Klub rəhbərliyinin artıq "Turan"ın sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Naci Şensoyla danışıqlar apardığı bildirilir. "Neftçi"nin mətbuat xidməti Vaqif Sadıqovun istefası xəbərini təsdiqləsə də, hər hansı mütəxəssislə danışıqların getdiyini təkzib edib. Mətbuat xidməti yeni baş məşqçinin kim olması ilə bağlı hələ konkret variantın olmadığını deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA