?Borçalı? Cəmiyyətinin Qadınlar zurası yaradıldı

img

18-02-2010 [04:23]


?Borçalı? İctimai Cəmiyyətinin ofisində fevral ayının 17-də Cəmiyyətin qadınlar şurasının təsis yığıncağı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təsis yığıncağında 30 nəfərə yaxın ?Borçalı? Cəmiyyətinin üzvləri olan Azərbaycanın tanınmış elm, ədəbiyyat, mədəniyyət və incəsənət nümayəndələri ? Gülzar İbrahimova, Aida Gülzar, Mehriban Qüdrətli, Sənəm Səbail, Güləmail Murad, Əzizə Ağahüseynqızı, Yaqut Misirxanlı, Fərqani Mehdiyeva və s. iştirak etmişlər. Təsis yığıncağında ?Borçalı? İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli rəhbərlik etdiyi qurumun gördüyü işlər, qarşıda duran vəzifələrlə bağlı çıxış etmişdir. Sonra təşkilat məsələsinə baxılıb. Qəbul olunmuş əsasnaməyə görə Cəmiyyətin sədrini qadınlarla iş üzrə müavini şairə Səadət Buta öz səlahiyyətlərinə görə Qadınlar Şurasının sədri təsdiqlənib. 7 nəfər ibarət aşağıdakı tərkibdə ?Borçalı? Cəmiyyətinin Qadınlar Şurasının İdarə Heyətinin üzvləri seçiliblər: Gülzar İbrahimova, Yaqut Misirxanlı, Aida Gülzar, Fərqanə Mehdiyeva, Gülnigar Rəhimli, Sənəm Səbail, Əzizə Ağahüseyinqızı. Eyni zamanda Aida Gülzar Qadınlar Şurası sədrinin müavini seçilib. [b]Orxan Hacıyev[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA