AFFA-nın yeni layihəsi Səbail rayonunda həyata keçirilir

img

17-02-2010 [03:17]


Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən respublikda futbolun təbliği və inkişafı, gənj nəslin sağlam boyüməsi, onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində bir sıra layihələr həyata keçirir və kütləvi tədbirlər təşkil edilir. Bu istiqamətdə AFFA və qurumun Futbol Akademiyası Bakının Səbail rayonunun orta məktəbləri ilə sıx əməkdaşlıq edir. Həyata keçirilən layihələrdən biri ötən il Bakı şəhərinin orta məktəblərində ?Futbol oynayaq ? sağlamlığı qoruyaq? devizi altında müntəzəm seminarların keçirilməsinə olmuş və bu layihə ilk dəfə məhz Səbail rayonunda həyata keçmişdir. Bunun nətijəsi kimi AFFA-nın şəhərin 3 məktəbində 5, 6 və 7-ji siniflərdə futbolun bir fənn kimi keçirilməsi pilot layihəsində hazırda Səbail rayonunun Badamdar qəsəbəsindəki 239 saylı orta məktəb də iştirak edir. Fevral ayının əvvəllərində respublikamızda futbolun kütləvililiyini artırmaq məqsədi ilə AFFA, Azərbayjan Respublikası Təhsil Nazirliyi, ?Azerjell? və Səbail rayon İjra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonun 16 orta məktəbinin 4-jü sinif şagirdləri arasında ?Məktəbli kuboku?nun keçirilməsi nə başlanmışdır. İştirakçı komandalar 4 qrupa bölünmüş, hər qrupda 4 komanda mübarizə aparajaqdır. Qruplarda ilk iki yeri tutanlar ¼ final mərhəlsinə vəsiqə qazanajaqdır. Sonra yarımfinal və final oyunları keçiriləjəkdir. Yarışın şərtlərindən biri də hər komandada 2 qız oyunçunun olmasının vajibliyidir. İlkin yarışlar rayonun 160 saylı Klassik gimnaziyasında, 190, 163 və 236 saylı məktəblərində keçiriləjəkdir. Ötən gün Səbail rayonunun 160 saylı Klassik gimnaziyasında ?Məktəbli kuboku?na start verilmişdir. Məktəbdə keçirilən açılış mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov, futbol üzrə Azərbayjan Milli Komandasının baş məşqçisi Berti Foqts, assosiasiyanın texniki direktoru Berphard Lippert, Regional Futbol Federasiyaları İjtimai Birliyinin prezidenti, veteran futbolçu İsgəndər Javadov, Səbail rayon İjra Hakimiyyətinin nümayəndələri və başqa qonaqlar iştirak etmişlər. Açılış mərasmində çıxış edən qonaqlar gənj futbolçulara xoş arzularını çatdırmış və onlara yarışlarda uğurlar arzulamışlar. 160 saylı Klassik gimnaziyanın kollektivi adından Milli komandamızın baş məşqçisi Berti Foqtsa xatirə hədiyyəsi təqdim olunmuş, gimnaziyanın rəqs qrupu qonaqlar və iştirakçılar qarşısında öz məharətini göstərmişlər. Açılış oyunlarında 7 saylı orta məktəbin komandası 160 saylı Klassik gimnaziyanın futbolçularına 5 : 4 hesabı ilə, 6 saylı məktəb-liseyin komandası isə 50 sayl orta məktəbin komandasını 4 : 0 hesabı ilə qalib gəlmişlər. Qruplardakı oyunlar davam edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA