Elnur Məmmədli qatılacağı ilk nüfuzlu yarızı açıqladı

img

17-02-2010 [02:44]


Azərbaycan cüdoçusu Elnur Məmmədlinin 2008-ci il Pekin Yay Olimpiya Oyunlarından sonra qatılacağı ilk nüfuzlu yarış müəyyənləşib. Bu haqda olimpiya çempionunun özü məlumat verib. [libt align=left]2010/elnur-memmedli-mans.jpg[/libt] Pekin olimpiadasının qalibi Avstriyanın paytaxtı Vyanada 22-25 apreldə keçiriləcək Avropa çempionatında mübarizə aparacağını bildirib. Çempionat öncəsi Məmmədli Almaniya, Macarıstan və Çexiyada təlim-məşq toplantılarında iştirak edəcək. O, baş məşqçi Ağayar Axundzadənin razılıq verəcəyi halda, 20-21 fevralda Almaniyanın Düsseldorf şəhərində keçiriləcək ?Qran-pri?yə də qatılmaq niyyətindədir. Qeyd edək ki, Pekin olimpiadasında 73 kq çəki dərəcəsində qızıl medal qazanan Elnur Məmmədli bundan sonra 81 kq çəkidə çıxış edəcək. Lent.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA