Əli Əliyev Müsavat-?Azadlıq?bloku-DUi birliyinin perspektivinə nikbin yanazmır

img

16-02-2010 [07:12]


?Bizə blok olaraq, təkcə DUİ-dən deyil, həm də ADP-dən və digər qurumlardan müxtəlif təkliflər gəlib. Hazırda blokun daxilində kimlərlə birgə seçki bloku təşkil edəcəyimizin müzakirəsini aparırıq. Bu müzakirələr təkcə qurumlar üzərində deyil, prinsiplər üzərinə aparılır. Müzakirələr bitəndən sonra müvafiq qərar veriləcək?. Bu sözləri Müstəqil İnformasiya Agentliyinə ?Azadlıq? blokuna daxil olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev DUİ-nin Müsavat-?Azadlıq? bloku-DUİ birliyi ilə bağlı təklifinə münasibət bildirərkən deyib. VİP sədri onu da qeyd edib ki, blok daxilində gedən müzakirələrdə fikir müxtəlifliyi var: ?Məsələlərə müxtəlif bucaqlardan yanaşmalar mövcuddur, arqumentasiyalar kifayət qədər çoxçalarlıdır. İndi blokun daxilində mövqelərində uzlaşdırılması ilə məşğuluq. Ümumi mövqeyimiz ortaya gələn kimi bizə gələn təkliflərin hamısı dəyərləndiriləcək?. Son günlər Müsavatla ALP arasında yaşanan gərginliyinin sözügedən birliklə bağlı təklifə cavab verməyin uzanmasının hər hansı bir əlaqəsi varmı sualını cavablandıran Ə.Əliyev deyib ki, bunun təsiri olacaq: ?Amma biz blok olaraq, qərar qəbul edən zaman milli maraqları hər bir şeydən yuxarı tutacağıq. Bu hakimiyyətə qarşı mübarizədə bizə dəstək verən elektoratın maraqları bunu tələb edəcəksə, mənə elə gəlir ki, yaranmış vəziyyəti adlaya biləcəyik. Ancaq son günlərdə baş verən hadisələr bu şansı reallaşması ehtimalını kifayət qədər aşağı edir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA