Rəbiyyət Aslanova Beynəlxalq birlikdən Ermənistana qarzı ciddi addımlar atmağı tələb edir

img

20-02-2010 [12:28]


ATƏT Parlament Assambleyasının qış sessiyasında Azərbaycan nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərdə fəal iştirak edib. Bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib. R.Aslanova bildirib ki, millət vəkilləri ATƏT sədrinin çıxışından sonra ona Dağlıq Qarabağ problemi ilə bağlı suallar ünvanlayıblar. ?Bütövlükdə isə, nümayəndə heyətinin üzvləri Ermənistanın Azərbaycana qarşı təcavüzü və bu təcavüzün nəticələri haqqında məlumat veriblər. Bildirilib ki, beynəlxalq birlik işğalçı dövlətə qarşı ciddi addımlar atmalıdır. Əks halda Ermənistan beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyini davam etdirəcək? deyə o, vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA