Olimpiya çempionumuzun Elnur Məmmədlinin toyu təxirə salındı

img

15-02-2010 [04:58]


2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədlinin toyu təxirə salınıb. Bu haqda Lent.az-a cüdo üzrə olimpiya çempionunun özü məlumat verib. Onun sözlərinə görə, toy mərasimi öncədən planlaşdırıldığı kimi, martın 5-də baş tutmayacaq. Buna cüdoçumuzun babasının vəfatı səbəb olub. Babasının qırx mərasimi martın 7-də olacaq. Məhz bundan sonra Məmmədlinin toyu üçün yeni tarix müəyyənləşdiriləcək. Mərasimin 22 ? 25 apreldə keçiriləcək Avropa çempionatı öncəsi və ya sonra təşkili nəzərdə tutulub. Amma toy məkanı və aparıcı dəyişməyəcək. Tədbir ?Ma Donna? şadlıq evində baş tutacaq. Aparıcı isə Nəsib Nur olacaq. Toya 600-dək qonaq dəvət edilib. Onların arasında gürcüstanlı olimpiya çempionu İrakli Tsirekidze, türkiyəli cüdoçu Sezer Huysuz da olacaq. Məmmədli dostları, idman ictimaiyyətinin nümayəndələri, dövlət və hökumət nümayəndələri, o cümlədən, gənclər və idman naziri Azad Rəhimova da dəvət göndərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA