AiDP sədri KiV-lə bağlı qanun layihəsinin parlamentdə təsdiqlənməsini pisləyir

img

15-02-2010 [02:59]


Milli Məclisdə "Məlumat azadlığı haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlara əlavələr və dəyişikliklər edilməsi narazılıqla qarşılanıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən Azərbaycan İslam Demokrat Partiyasının sədri hacı Tahir Abbaslı deyir ki, jurnalistlərin informasiya toplamaq imkanlarını məhdudlaşdıran maddənin parlamentdən çox asanlıqla keçməsi mənfi qiymətləndirilməlidir. AİDP sədrinin fikrincə, deputatların bu məsələdə səslərini çıxartmaması, hətta bəzilərinin bu məsələyə haqq qazandırması müasir tarixmizdə söz azadlığına vurulan zərbə, ləkə kimi qalacaq: ?Ən qəribəsi isə budur ki, cəmi 4 il əvvəl jurnalist fəaliyyəti göstərmiş deputatlar da bu məsələyə reaksiya vermədilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA