Azay Quliyev Vyanada ATƏT-in Parlament Assambleyasının (PA) qız sessiyasında çıxız edib

img

19-02-2010 [12:28]


Azərbaycan nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Azay Quliyev Vyanada ATƏT-in Parlament Assambleyasının (PA) qış sessiyasında çıxış edib. PA-nın siyasi komitəsinin iclasında 2010-cu ildə Norveçdə keçirilməsi planlaşdırılan Parlament Assambleyasının illik yığıncağının gündəliyi müzakirə edilən zaman çıxış edən Azay Quliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi ilə bağlı fikir bildirib. A.Quliyev Qarabağ münaqişəsi ilə bağlı danışıqların 15 ildən artıq davam etməsinə baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqeyi sayəsində indiyədək problemin həll variantının tapılmadığını diqqətə çatdırıb. ?Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkün şəraitində yaşamaqda davam etməkdədir. Beynəlxalq təşkilatlar, o cümlədən ATƏT münaqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədiyini bəyan edir, Azərbaycan da münaqişənin sülh yolu ilə nizamlanmasına səy göstərir. Lakin 17 ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamənin, Avropa Şurası və ATƏT-in müvafiq sənədlərinin tələblərinə əməl etmir, işğal altında saxladığı Azərbaycan ərazilərini boşaltmır?, - deyə o bildirib. Azay Quliyev məhz bu səbəbdən artıq Osloda keçiriləcək PA-nın illik yığıncağında BMT-nin Təhlükəsizlik Şurasının və ATƏT-in qəbul etdikləri sənədlərlə bağlı konkret mexanizmlər işlənib hazırlanmalı və iclasda qəbul edilməli olduğunu bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA