?Neftçi? klubunun iki əməkdazı avtomobil qəzasında dünyasını dəyizdi

img

14-02-2010 [05:50]


"Neftçi" klubunun üzvləri dəhşətli yol qəzasına uğrayıblar. Qol.Az-ın məlumatına görə, qəza nəticəsində klubun 2 işçisi həlak olub, 2 nəfər isə ağır xəsarət alıb. Hadisə dünən axşam saatlarında komanda "Karvan"la oyundan sonra Yevlaxdan qayıdarkən baş verib. ?Neftçi? klubunun 4 üzvünün əyləşdiyi 90 AU 203 ?Hyundai Sonata? avtomobili Şamaxı-Bakı magistralının Abşeron rayonu ərazisində qəzaya uğrayıb. Nəticədə iki nəfər dünyasını dəyişib, digər iki nəfər isə ağır yaralanıb. Həlak olanlar "Neftçi"nin Mətbuat və İnformasiya Departamentinin əməkdaşı, jurnalist Alim Malikoğlu və kadrlar şöbəsinin işçisi Vahid Həmidovdur. Digər iki yaralı - komandanın icraçı-direktoru Mübariz Xudiyev və operator Dadaş Zeynalov hazırda Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Klubun prezidenti Sadıq Sadıqov dərhal qəza yerinə baş çəkib və vəfat edənlərin ailəsinə hər cür maddi və mənəvi dəstək verəcəyini bildirib. Allah rəhmət eləsin!

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA