Sayokan Döyüz sistemi üzrə II-açıq ?Novruz? Turniri keçiriləcək

img

13-02-2010 [02:01]


14 mart 2010-cu il Yeniyetmələr və Gənclər arasında Sayokan Döyüş sistemi üzrə II-açıq ?Novruz? Turniri keçiriləcək. Sayokan Döyüş sistemi üzrə II-açıq ?Novruz? Turniri 14 mart 2010-cu il tarixində Sumqayıt şəhər Paralimpia İdman Kompleksində keçiriləcək. Turmirdə Bakı, Sumqayıt, Dəvəçi, Biləsuvar, Beyləqan, Qubadlı, Goranboy, Agcəbədi. Fizuli, Agdam, Ucar, Yevlax komandaları və digər döyüş növlərindən ( Kentavr, Kincutsu, Şahdag klubları) iştirak edəcək. İştitakçılar Sayokan döyüş növünün A-B sistemlərində mübarizə aparacaq. Bütun komandalar (4-toy dərəcəsindən aşagı) istənilən say tərkibdə təmsil olunacaq. Vasif Namazov, Azərbaycan Sayokan Döyüş Növləri Mərkəzinin Prezidenti: ? Bu yarış ənənəvi keçirdiyimiz yarışlardan biridir.Məqsəd xalqımızın adət ənənələrini özündə əks etdirən Növruz bayramını idmançılar arasında və döyüş növləri sahəsindədə qeyd olunmasıdı.Turnirin keçirilməsinə indidən yüksək səviyyədə hazırlıq gedir. Yarışda iştirak edəcək komandalar güclü komandalardı və hər yarışımızda güclülərin dahada artdıgını görüruk.Məhs bunun üçün belə yarışlar vasitəsilə həmdə idmançılarımızın qabiliyyətini artırırıq . Regionlarda bir çox güclu idmançılar var ki, bunlar da səviyyəli döyüş nümayiş etdirəcək. Bu yarışda həmdə mütləq çəki dərəcəsində seçilmiş idmançılar öz gücünü sınayacaq. Hal hazıda yarışın texniki məsələri həll olunur və hakimlərimizin yarış qabagı seminarları davam edir.? Turniri Mərkəzin prezidenti Vasif Namazov, 1-ci Vitse-prezident Allahverdi Zamanov, Texniki Direktor Kamil Usubov, Baş Katib Emin Mirzəməmmədov, Sumqayıt Sayokan klubunun prezidenti Asiman Abdurrəhmanov və ?Azər Eyvazov? adına Sayokan idman klubunun prezidenti Arzu Eyvazova tərəfindən yaradılmış təşkilat komitəsi həyata keçirəcək. Turnirdən sonra 15 mart 2010 -cu il tarixində Dünya Azərbaycanlıları Əlaqələndirmə şurasının ofisində ( İstiqalaliyyət...8.) turnirlə baglı press-konferensiya keçiriləcək. Turnirə bütün mediya mənsubları eləcədə bütün telekanallar dəvətlidir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA