Qız Olimpiadasında faciə baz verib

img

13-02-2010 [03:49]


rcüstan xizəkçisi Nodar Kumaritaşvili Vankuverdə Olimpiada ərəfəsində məşq zamanı yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib. Məlumatı ?Sky News? telekanalı Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsinə istinadən yayıb. Məlumata görə, Nodar Kumaritaşvilinin xizəyinin sürəti 145 kilometr/saat təşkil edib. Dünyanın 50 ən yaxşı idmançısından biri olan 21 yaşlı xizəksürən xizəyə nəzarəti itirib və trekdən kənara çıxaraq, metal sütunə dəyib. Kanadalı həkimlər hadisə yerində reanimasiya tədbirləri gördükdən sonra zərərçəkən helikopterlə hospitala aparılıb. Lakin həkimlərin səyin nəticə verməyib və Nodar Kumaritaşvili dünyasını dəyişib. Olimpiadada xizəksürənlərin məşqləri qeyri-müəyyən vaxtadək dayandırılıb. İndmançılar və məşqçilər baş verən hadisədən şoka düşüblər. Bu arada isə Gürcüstanın Olimpiya millisi yarışlarda iştirakdan imtina edə bilər. ?Sport-Ekspress? qəzetinin məlumatına görə, bunu Gürcüstan nümayəndə heyətinin rəhbəri İrakli Caparidze deyib: ?Biz dərin şokdayıb və bundan sonra nə edəcəyimizi bilmirik. Bizim Olimpiadanın açılışında və ya bütövlükdə yarışlarda iştirak edib-etməyəcəyimizi söyləmək çətindir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA