Vaqif Cavadov ciddi zədələnib, onun ?Tvente?də debütü baz tutmur

img

10-02-2010 [03:26]


Vaqif Cavadovun Hollandiyanın ?Tvente? klubunda debütü bir müddət də yubanacaq. Lent.az-ın məlumatına görə, bu barədə ?apasport.az? saytına açıqlamasında futbolçunun atası Füzuli Cavadov məlumat verib. Onun sözlərinə görə, oğlu zədə ucbatından hazırlıq prosesindən kənarda qalıb. ?Vaqifin dizində problem yaranıb. Məşqdə xəsarət aldığından cərrahi müdaxiləyə ehtiyac yaranıb. Nəticədə əməliyyat olunan oğlumun diz nahiyəsi 2-3 yerdən deşilərək, ora yığılan maye çıxarılıb. İlkin diaqnoza görə, Vaqif iki həftə sonra məşqlərə başlaya biləcək? ? deyə ata Cavadov bildirib. Qeyd edək ki, ?Tvente? Vaqifə düşərgəsində yer verəndən sonra çempionatda üç oyun keçirib. Yığmamızın üzvü əvəzedici komandanın heyətində Almaniyanın ?Bohum? klubu ilə yoxlama oyununda (0:4) ilk 45 dəqiqədə meydanda olub. Belə gedişlə bu ayın sonuna kimi bərpa prosesi keçib, məşqlərə başlayacaq Cavadovu ən yaxşı halda, martda ?Tvente?nin heyətində görə biləcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA