Arda Turan sevgilisi üçün kinoteatrı bağlatdırdı

img

09-02-2010 [01:47]


Türkiyə yığmasının və ?Qalatasaray?ın yarımmüdafiəçisi Arda Turan sevgilisi, aktrisa Sinem Kobal üçün gözlənilməz addım atıb. Apasport.az saytının məlumatına görə, 23 yaşlı futbolçu Kobalın çəkildiyi ?Romantik komediya? filmini izləməyin unikal yolunu tapıb. Arda ?Romantik komediya? filminin seansına üzrlü səbəbdən baxa bilməyib. İstanbula qayıtdıqdan sonra o, sevgilisinin könlünü almaq üçün Bakırköyə yollanıb. Turan orada 140 nəfərlik kinoteatrı bağlatdıraraq, ?Romantik komediya?nı Sinemlə ikilikdə izləyib. Kinoteatrdan çıxarkən, onlar jurnalistlərin əhatəsinə düşüblər. KİV nümayəndələrindən birinin ?Bərabərliyiniz necə gedir? sualına Arda zarafatla cavab verib. O, ?Fənərbaxça? və ?Diyarbakırspor? arasındakı 1:1 hesablı oyuna işarə vuraraq, belə söyləyib: ?Fənərbaxça?nın bərabərliyini deyirsiniz??

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA