Pənah Hüseyn DUi-nin müxalifətin bir araya gəlməsi ilə bağlı təklifinin geri çəkilməsini istəyir

img

08-02-2010 [03:36]


Bu gün Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. DUİ SŞ qar yağması nəticəsində baş verənləri biabırçılıq adlandırır və ölkənin əksər hissəsində yolların bağlanması, elektrik enerjisinin olmaması, Bakı şəhərində çörək təminatında fasilələr olmasını hakimiyyətin qışa hazır olmaması, dövlətin idarə olunmaması, rüşvət və korrupsiya nəticəsində hakimiyyət strukturlarının iflic vəziyyətə düşməsi ilə bağlayır. SŞ-nın yığıncağında Pənah Hüseyn DUİ-nin müxalifətin bir araya gəlməsi ilə bağlı təklifinin geri çəkilməsi təklifi ilə çıxış edib. Müzakirələr nəticəsində təklif qəbul edilməyib. SŞ DUİ-yə daxil olan partiyaların rəhbərliklərinin iştirakı ilə 2010-cu il parlament seçkilərində namizədlikləri müəyyənləşdirilmiş şəxslərin seçki dairələri üzrə siyahılanması ilə bağlı müşavirə keçirilməsi barədə qərar qəbul edib. DUİ SŞ KİV haqqında qanuna Azərbaycan prezidenti tərəfindən göndərilən dəyişikliklərin antidemokratik və bunun parlament seçkiləri öncəsi mətbuatın susdurulması istiqamətində növbəti addım kimi qiymələndirir. Toplantıda 15 fevral 2010-ci ildə saat 12-də KXCP-nin mənzil qərargahında keçiriləcək növbəti Qarabağ forumuna hazırlığın gedişi ciddi müzakirə olunub. Toplantıda DUİ -yə daxil olan 5 partiyanın ? Klassik Xalq Cəbhəsi , Böyük Azərbaycan, Azadlıq, Xalq Azadlıq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA