Mübariz Qurbanlı: "Uydurma ?erməni soyqırımı? təzyiqi qarzısında Türkiyə geri çəkilməyəcək"

img

08-02-2010 [03:26]


?Erməni lobbisi qondarma soyqırımın ABŞ Konqresi tərəfindən tanınması üçün bütün səylərini işə salıb?. Bu sözləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici əlaqələr komitəsi tərəfindən mart ayında uydurma ?erməni soyqırımı? məsələsini səsverməyə çıxarmağı nəzərdə tutmasına münasibət bildirərkən deyib. M.Qurbanlı xatırladıb ki, ?erməni soyqırımının? tanınması haqqında qətnamə layihəsi 2007-ci ilin yanvarında Kaliforniyadan olan demokrat-konqresmen Adam Şif tərəfindən Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinə təqdim edilib. Həmin dövrdə ermənipərəst konqresmenlər bu qətnaməni komitədən keçirməyə nail olsalar da, prezident tərəfindən veto qoyulması nəticəsində ABŞ Konqresində və Senatda bütövlükdə səsverməyə çıxarılmamışdı. ?ABŞ-da olan bədnam Erməni Milli Komitəsi bu istiqamətdə daha çox canfəşanlıq etməkdədir. Bütün bu hərəkətlərin başlıca məqsədi Türkiyəyə təzyiq etməklə, onu Ermənistanla sərhədləri açmağa sövq etməkdir. Lakin hadisələrin gedişi göstərir ki, uydurma ?soyqırım? təzyiqi qarşısında Türkiyə geri çəkilməyəcək? deyə YAP İcra katibinin müavini vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA