Mübariz Mənsimov: ?çelsi?nin dünya səviyyəli ulduzlarından birini ?Beziktaz?a gətirirəm?

img

08-02-2010 [12:47]


Azərbaycanlı iş adamı, ?Palmali? Şirkətlər Qrupunu rəhbəri, ?Xəzər Lənkəran?ın fəxri-prezidenti Mübariz Mənsimovun növbəti açıqlaması ?Beşiktaş?lı azarkeşlərin sevincinə səbəb olub. Qol.Az-ın Türkiyənin ?Fanatik? qəzetinə istinadən verdiyi məlumata görə, Mənsimov president seçkilərindən öncə verdiyi sözü unutmadığını və yayda ?Beşiktaş?a dünya səviyyəli ulduz gətirəcəyini söyləyib: ?Seçkilərdən öncə Yıldırım Dəmirörən qalib gəlsə, ?Beşiktaş?a dünya səviyyəli bir ulduz hədiyyə edəcəyəm demişdi. Bu sözümü unutmamışam. Həmin ulduz oyunçunu ?Çelsi?dən transfer edəcəyik. Biz hələ mövsümün sonunda Dekunu İstanbula gətirməyə çox yaxın idik. Amma həmin vaxt komandada məşqçi dəyişikliyi oldu və portuqaliyalı futbolçu bu səbəbdən komandada qalmağa üstünlük verdi. Amma indi vəziyyət bir qədər fərqlidir. ?Çelsi?nin sahibi Abromiviçlə həm birgə işimiz var, həm də yaxın dostuq. Bu məsələdə o mənə kömək edəcək. Namizədlərimiz - Deku, Kalu və Maludadır. Adıçəkilən 3 oyunçudan birini yayda ?Beşiktaş?a gətirəcəyəm?. Türkiyə mətbuatının iddiasına görə, Mənsimov çox güman ki, Kalunu ?Beşiktaş?a gətirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA