Soyadların milliləzdirilməsi ilə bağlı yeni təklif

img

07-02-2010 [05:58]


Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi ictimai müzakirəyə çıxarılıb. ALP sədr əvəzi Əvəz Temirxan isə Müstəqil İnformasiya Agentliyinə bununla bağlı öz fikirlərini bildirib: ?1983-cü ildə Yaroslavl Dövlət Universitetinin hüquq fakültəsinin bir qrup tələbəsi Kommunist partiyasının içindən Azərbaycanın dövlət müstəqilliyinə nail olmağı qarşısına məqsəd qoyan gizli tələbə təşkilatı yaratmışıdıq. O zaman azərbaycanlılara soyadlarındakı ?ov?, ?yev? şəkilçilərinin ləğv edilib əvəzinə kişilərdə ?azi?, qadınlarda ?azə? olmasını təklif edirdim (Həsənov yerinə Həsənazi və ya Həsənazə). İndi ?azi? dən imtina edirəm, çünki o fars dilinə daha uyğundur. ?Az? ?azə? isə daha məqbuldur (Məmmədov yerinə Məmmədaz və ya Məmmədazə). Azərbaycan tükcəsndə ?soy? kök deməkdir. Ona görə də soyadların sonunda ?soy? hətta ?mən? olmasını müzakirə etmək olar (Əliyev yerinə Əlisoy, Əlimən). Bu təkliflər mütləq deyil, yalnız müzakirə predmeti ola bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA